İdarənin rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanı 30 zeytun ağacının və 12 lüqustr kolunun vətəndaş Vüsalə Hüseynliyə icarəyə verilmiş torpaq sahəsində kəsildiyi və təbiətə 20 160 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
“Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.
İdarə rəisinin sözlərinə görə, kəsilmiş ağacların əvəzinə 42 sərv ağacı əkilib. Yeni əkilən ağaclar qeydiyyata alınaraq identifikasiya etiketi vurulub. Eyni zamanda, onlara aqrotexniki qulluq göstərilməsi və mühafizə olunması məqsədilə Sumqayıt Bulvar İdarəsinə müraciət olunub.
“Vətəndaşlardan yaşıllıqlara qayğı ilə yanaşmaları, onların mühafizəsinə həssas münasibət göstərmələri və bu kimi hallarla rastlaşdıqları zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etmələri xahiş olunur”.






8Sources
-
publika.azSumqаyıt Bulvarında ağacları kəsdilər ( 22237852)
-
azertag.azSumqаyıt Bulvarında ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub ( 22237033)
-
cebheinfo.azKəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib: İdentifikasiya etiketi vurulub - FOTOLAR ( 22230781)
-
demokrat.azKəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub FOTOLAR ( 22219297)
-
demokrat.azKəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub — FOTOLAR ( 22219195)
-
modern.azSumqayıt bulvarında kəsilmiş ağacların yerində yeniləri əkildi - FOTOLAR ( 22219870)
-
unikal.azSumqayıt bulvarında kəsilmiş ağacların yerində yeniləri əkildi FOTOLAR ( 22217929)
-
unikal.azSumqayıt bulvarında kəsilmiş ağacların yerində yeniləri əkildi - FOTOLAR ( 22217914)