EN

Uşaqlarda uzunmüddətli öskürək artıb - Həkim həyəcan təbili

"Son vaxtlar valideynlər arasında uşaqlarda davamlı öskürək şikayətlərinin artdığı müşahidə olunur. Əgər uşağınızda öskürək bir həftədən çox davam edirsə, həkiminizə müraciət edin".

Ölkə.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib.

O bildirib ki, əgər uşaqlarda öskürək yüksək qızdırma ilə müşaiyət olunursa, gecikmədən həkim müayinə etməlidir:

"Südəmər yaşlı uşaqlarda qızdırma və öskürək üç gündən çox davam edirsə, fəsadların qarşısını almaq üçün dərhal həkimə aparın.

Peyvəndsiz uşaqlarda tutmaşəkilli, boğucu öskürək müşahidə olunarsa, göyöskürək ehtimalını inkar etmək üçün pediatra müraciət etmək mütləqdir".

Həmidə İbrahimova

Chosen
18
2
olke.az

2Sources