EN

Bakı-Quba yolunda piyada ölümü ilə nəticələnən qəza baş verdi

09.10.2025-ci il tarixdə saat 08:50 radələrində Bakı–Quba yolunun 27-ci kilometrliyində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir.

Bu barədə Teleqraf-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

İlkin məlumata əsasən, 1984-cü il təvəllüdlü, Bakı şəhər sakini Ruslan Ağammədov idarə etdiyi “Chevrolet” markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurmuşdur.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişmişdir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda sükan arxasına əyləşmək yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaradır.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də bu kimi hallara məsuliyyətsiz yanaşır ki, bu da çox zaman faciəvi nəticələrlə yekunlaşır.

Chosen
62
41
teleqraf.com

10Sources