Xaçmaz rayonunun Qıraqlı kəndində bədbəxt hadisə baş verib.

Leqal.info xəbər verir ki, 1993-cü il təvəllüdlü Qafarlı Mehriban Sərdar qızının meyiti yaşadığı evdə tapılıb.

Onun dəm qazından boğularaq öldüyü bildirilir.

M.Qafarlı 5 ilə yaxındır ki, Qıraqlı kənd tam orta məktəbində müəllim işləyirdi.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info