EN

Kritik informasiya infrastrukturlarını hədəf alan bir sıra qlobal kibertəhdid aktorları tərəfimizdən müəyyən edilib - Əli Nağıyev

Bakı. Trend:

Qlobal kiberməkanda ölkəmizin milli maraqlarını hədəf alanfəaliyyətlərin qarşısının alınması məqsədilə beynəlxalqəməkdaşlığın gücləndirilməsi ötən dövr ərzində DövlətTəhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzininprioritetləri sırasında olub.

Trend xəbərverir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisigeneral-polkovnik Əli Nağıyev “İnformasiya Təhlükəsizliyi”elmi-metodiki jurnalında “CIDC 2025 – Critical InfrastructureDefence Challenge” kibertəhlükəsizlik festivalının iştirakçılarınamüraciətində deyib.

DTX rəisi bildirib ki, müxtəlif əməkdaşlıq platformalarıçərçivəsində 160-dan çox ölkənin kibertəhlükəsizlik üzrə cavabdehqurumları, eləcə də qlobal texnologiya şirkətləri və təşkilatlarıilə qarşılıqlı əməkdaşlıq əlaqələri formalaşdırılıb:

“Cari ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kritikinformasiya infrastrukturu obyektlərinin reyestrinin proqramplatforması formalaşdırılıb, kritik informasiya infrastrukturununtəhlükəsizliyi üzrə vəzifəli və məsul şəxslər müəyyən olunub,həmçinin həmin şəxslərlə təhlükəsiz əlaqə kanalları yaradılıb.

Bununla yanaşı, kritik informasiya infrastrukturlarınıntəhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərə riayət olunmasıvəziyyətinin yoxlanılması məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətivə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətininəməkdaşlarından ibarət birgə Komissiya formalaşdırılıb.

Cari ildə kritik informasiya infrastrukturlarını hədəf alan birsıra qlobal kibertəhdid aktorları tərəfimizdən müəyyən edilib vəonların kibermüdaxilə cəhdlərinin qarşısı vaxtında alınıb.Həmçinin, kritik informasiya infrastruktur obyektinə qarşıkiberhücum həyata keçirməklə qanunla qorunan məlumatların icazəsizəldə edilməsində, eləcə proqram təminatlarının qanunsuzdövriyyəsini də təşkil etməkdə təqsirləndirilən bir sıra şəxslərCinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinəcəlb ediliblər.

Ə.Nağıyev vurğulayıb ki, bu kimi artmaqda olan kibertəhdidlərədair reallıqlar, xüsusilə kritik informasiya infrastrukturlarınıntəhlükəsizliyi sahəsində müasir çağırışlar beynəlxalq təcrübənindaim öyrənilməsini, qabaqcıl sahə standartlarının tətbiqini,informasiya mübadiləsinin geniş ləndirilməsini və xüsusilə millikadr potensialının gücləndirilməsini tələb edir:

“DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən bütün növkibertəhdid məlumatlarının toplanması, təhlili və maraqlı tərəflərarasında paylaşılmasını təmin edən, yerli və qlobal təşkilatlarlaəməkdaşlıq etməyə, bu məlumatları əlaqələndirməyə və kollektivkibermüdafiəni gücləndirməyə imkan verən MISP platformasıyaradılıb. 2023-cü ildə yaradılmış MISP platforması ölkənin kritikinformasiya infrastrukturu subyektləri arasında zərərli IP ünvanlarvə domen adları, zərərli fayllar və onların eyniləşdirmə dəyərlərivə s. bu kimi göstəricilərin mübadiləsini hayata keçirməyə imkanverir. Bu platforma tərəfdaş xarici xüsusi xidmət orqanları iləkibertəhdidlərə qarşı birgə mübarizədə də effektiv əməkdaşlıq üçünmühüm vasitəyə çevrilib”.

Chosen
38
2
az.trend.az

10Sources