EN

Beynəlxalq arenada Türk dövlətlərinin siyasi təsir gücü artır- ÖZƏL

"Qəbələdə keçirilən Türk Dğvlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün ən vacib yekun nəticələrdən biri odur ki, TDT artıq sadəcə tarixi və mədəni birliyə əsaslanan platforma deyil, regional sabitliyin və qlobal tərəfdaşlığın açar oyunçusudur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Türk dövlətləri həm enerji, həm nəqliyyat, həm də texnoloji potensial baxımından bir-birini tamamlayır. Bu inteqrasiya prosesi gələcəkdə türk dünyasının vahid iqtisadi məkan kimi formalaşmasına şərait yaradacaq. Eyni zamanda, TDT-nin beynəlxalq nüfuzu da sürətlə artır. Təşkilat artıq BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi platformalarda vahid mövqedən çıxış etməyə başlayıb. Bu, türk dövlətlərinin beynəlxalq arenada siyasi təsir gücünü artıran mühüm faktordur.

Beləliklə, Qəbələ sammiti türk birliyinin gələcək onilliklər üçün strateji yol xəritəsini müəyyənləşdirdi. TDT artıq yalnız əməkdaşlıq çərçivəsi deyil, həm də ümumtürk ideyasının siyasi ifadə platforması kimi fəaliyyət göstərir. Zirvə görüşü göstərdi ki, Türk Dövlətləri Təşkilatı yeni hədəflərə doğru inamla addımlayır - çünki bu birlik keçmişin irsindən güc alır, bu günün çağırışlarına cavab verir və sabahın qlobal nizamında öz layiqli yerini tutur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
28
olaylar.az

1Sources