Stomatit — ağız boşluğunun selikli qişasının iltihabıdır. Bu xəstəlik ağrı, yanğı, yara və yemək zamanı narahatlıqla özünü göstərir. Xəstəlik həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir.
E-saglam.az xəstəlik barədə bütün məlumatları sizə təqdim edir:
Əsas səbəblər:
Ağız gigiyenasına düzgün riayət etməmək
Zəif immunitet
Vitamin çatışmazlığı (xüsusilə B qrupu və C vitamini)
Diş pastalarındakı kimyəvi maddələr (lauril sulfat)
Ağız travmaları (dişləmək, protez və s.)
Virus, göbələk və ya bakteriya infeksiyaları
Stress və hormonal dəyişikliklər
Əlamətləri:
Dildə, dodaq içində və ya yanaqlarda ağ və ya sarımtıl yara (aftalar)
Ağızda yanma və ağrı hissi
Yemək və danışıq zamanı ağrı
Pis ağız qoxusu
Hafif qızdırma və ümumi halsızlıq (ağır hallarda)
Müalicə üsulları:
Müalicə stomatitin səbəbindən asılı olaraq dəyişir:
Antiseptik qarqaralar: xlorheksidin, furasilin, duz-soda məhlulu
Ağrıkəsici gellər: Kamistad, Holisal, Metrogyl Denta
İltihabəleyhinə məlhəmlər: Solkoseril, Asepta
Vitamin kompleksləri (B, C, A vitaminləri)
İmmuniteti gücləndirən vasitələr
Geniş yayılmış bakterial hallarda antibiotiklər (yalnız həkim təyinatı ilə)
Virus mənşəli hallarda antiviral dərmanlar (məsələn, asiklovir)
Ev şəraitində qulluğu necə etməli?
Hər yeməkdən sonra ağzı ilıq duzlu və ya soda məhlulu ilə qarqara etmək
Acı, duzlu və turş qidalardan uzaq durmaq
İsti yeməkləri soyudub qəbul etmək
Bol su içmək və C vitamini ilə zəngin meyvələr yemək
Nə vaxt həkimə müraciət etməli?
Əgər yaralar 7–10 gün ərzində sağalmır, ağrı artır və ya qızdırma yaranırsa, mütləq stomatoloqa və ya terapevtə müraciət olunmalıdır.
Qeyd edək ki, stomatit çox vaxt yüngül keçsə də, təkrarlanan və uzunmüddətli hallarda immun və ya mədə-bağırsaq problemlərinin göstəricisi ola bilər. Düzgün müalicə və ağız gigiyenası ilə bu xəstəliyin qarşısını almaq mümkündür.
Nəzrin Abbas
E-saglam.az