Bakı. Trend:
Özbəkistanın qızıl-valyuta ehtiyatları 2025-ci ilin sentyabrayında rekord səviyyəyə – 54,99 milyard dollara yüksəlib.
Trend xəbər verirki, bu barədə ölkənin Mərkəzi Bankının məlumatları göstərir.
Avqust ayı ilə müqayisədə ehtiyatlar 4,9 milyard dollar və ya9,8% artıb. Ardıcıllıqla ikinci ay ölkənin ehtiyatları bütünzamanların rekordunu müəyyən edib; avqust ayında onlar ilk dəfəolaraq 50 milyard dollar həddini keçmişdi.
Artımda əsas rol qızılın qiymətinin qalxmasına aiddir: MərkəziBankın anbarlarındakı qızılın dəyəri 4,17 milyard dollar artaraqilk dəfə 44,22 milyard dolları ötüb. Eyni zamanda, ehtiyatlarınfiziki həcmi 11,8 milyondan 11,6 milyon troya unsiyaya qədərazalıb.
Valyuta ehtiyatları isə 735,7 milyon dollar artaraq 10,18milyard dollara çatıb. Bunun 873,7 milyon dolları xarici mərkəzibanklar və Beynəlxalq Valyuta Fondu hesablarında, 8,28 milyarddolları isə xarici kommersiya banklarında saxlanılıb.