EN

“Liverpul”un müdafiəçisi qış transferində komandadan GETMƏYƏCƏK

“Liverpul”un müdafiəçisi Co Qomes komandadan getməyi düşünmür.

Bizim.Media xəbər verir ki, yayda onun “Milan”a transferi gözlənilsə də, bu baş tutmayıb.
 

Hazırda Qomes əsas heyətdə az oynasa da, qışda klubundan ayrılmayacaq. “Milan” onu hələ də heyətinə qatmaq istəyir, amma futbolçu “Liverpul”da ehtiyatda olsa belə, mövqeyindən razıdır.


Baş məşqçi Arne Slot da zədələnmiş müdafiəçilərin əvəzinə Qomesin etibarlı seçim olduğunu düşünür.

Qeyd edək ki, “Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Bizim.Media

Chosen
3
2
bizim.media

3Sources