EN

Almaniyada vətəndaşlıq verilməsinin sürətləndirilmiş proseduru ləğv edilib

Bakı. Trend:

Almaniya Bundestaqı əcnəbilərə vətəndaşlıq verilməsininsürətləndirilməsi prosedurunun ləğvi ilə bağlı qanun layihəsiniqəbul edib.

Trend xəbər verirki, bu barədə “Zeit” nəşri məlumat yayıb.

Yeni qaydalara əsasən, Almaniya pasportunu almaq istəyən şəxslərartıq ölkədə ən azı beş il yaşamalıdırlar. Əvvəlki sürətləndirilmişprosedura əsasən bu müddət üç il idi.

Qeyd edək ki, vətəndaşlıq verilməsinin sürətləndirilmişmexanizmi 2024-cü ilin iyun ayında, sabiq kansler Olaf Şoltsunhökuməti dövründə tətbiq edilmişdi. Həmin mexanizm Almaniyavətəndaşlarının həyat yoldaşlarına və ölkə üçün mühüm nailiyyətlərəldə etmiş şəxslərə daha qısa müddətdə vətəndaşlıq almağa imkanverirdi.

Chosen
56
2
az.trend.az

3Sources