AZ

Almaniyada vətəndaşlıq verilməsinin sürətləndirilmiş proseduru ləğv edilib

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniya Bundestaqı əcnəbilərə vətəndaşlıq verilməsinin sürətləndirilməsi prosedurunun ləğvi ilə bağlı qanun layihəsini qəbul edib.

Trend xəbər verir ki, bu barədə “Zeit” nəşri məlumat yayıb.

Yeni qaydalara əsasən, Almaniya pasportunu almaq istəyən şəxslər artıq ölkədə ən azı beş il yaşamalıdırlar. Əvvəlki sürətləndirilmiş prosedura əsasən bu müddət üç il idi.

Qeyd edək ki, vətəndaşlıq verilməsinin sürətləndirilmiş mexanizmi 2024-cü ilin iyun ayında, sabiq kansler Olaf Şoltsun hökuməti dövründə tətbiq edilmişdi. Həmin mexanizm Almaniya vətəndaşlarının həyat yoldaşlarına və ölkə üçün mühüm nailiyyətlər əldə etmiş şəxslərə daha qısa müddətdə vətəndaşlıq almağa imkan verirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
2
sherg.az

3Mənbələr