EN

“Mən də sizin qədər şokdayam” Foto

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, bu gün İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə başladılan əməliyyat çərçivəsində polis tərəfindən nəzarətə götürülən məşhur şəxslər arasında müğənni Hadisə də olub.

“Qafqazinfo” xəbər verir ki, Hadisə baş verənlərdən sonra instaqram hesabında paylaşım edib.

“Mən də baş verənlər qarşısında sizin qədər şokdayam. Allaha şükür, hər şey arxada qaldı. Bu axşam bütün qəlbimlə səhnədəyəm. Ankarada görüşənədək”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, saxlanılan məşhurlar əvvəlcə dindirilib. Daha sonra onlar qan, sidik və saç nümunələrinin götürülməsi üçün şəhər Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinə göndəriliblər. 

Əməliyyatın İstanbul Baş Prokurorluğunun tapşırığı ilə həyata keçirildiyi, prosesin “narkotik və ya psixotrop maddə istifadəsi” maddəsi üzrə aparıldığı bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
4
qafqazinfo.az

10Sources