Xəbər verdiyimiz kimi, İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə başladılan əməliyyat çərçivəsində saxlanılan məşhurlar arasında müğənni Hadisə də olub.
Publika.az xəbər verir ki, daha sonra azadlığa buraxılan Hadisə bu barədə sosial şəbəkədə məlumat yayıb.
O, bu axşam Ankarada keçiriləcək konsertini ləğv etmədiyini açıqlayıb.