EN

“Barselona” “Borussiya”nın hücumçusu üçün hərəkətə keçdi

style='margin-bottom:10px;'>

“Borussiya” (Dortmund) klubunun hücumçusu Seru Qirassi növbəti mövsümdə yeni komandaya keçid ehtimalını nəzərdən keçirir. 

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı qvineyalı forvard “Barselona”nın maraq dairəsindədir. 

Kataloniya klubu onu Robert Levandovskinin yerinə mümkün namizəd kimi görür.

Xəbərdə bildirilir ki, Qirassi rəhbərliklə anlaşaraq müqaviləsindəki çıxış bəndinin məbləğini 65 milyon avroya endirib. Bu maddə 2026-cı ilin yayından qüvvəyə minəcək.

Qeyd edək ki, təcrübəli hücumçu cari mövsümdə “Borussiya”nın heyətində 8 rəsmi oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
42
2
teleqraf.com

4Sources