Seru Girassi yayda klubunu dəyişə bilər.
"Football-plus.az" xəbər verir ki, “Borussiya”nın (Dortmund) hücumçusu növbəti mövsümdə yeni komandaya keçid ehtimalını nəzərdən keçirir. 29 yaşlı qvineyalı forvard “Barselona”nın maraq dairəsindədi. İspaniya klubu onu Robert Levandovskinin yerinə mümkün namizəd kimi görür.
Xəbərdə bildirilir ki, Girassi rəhbərliklə anlaşaraq müqaviləsindəki satış bəndinin məbləğini 65 milyon avroya endirib. Bu maddə 2026-cı ilin yayından qüvvəyə minəcək.
Təcrübəli hücumçu cari mövsümdə “Borussiya”nın heyətində 8 rəsmi oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta