EN

Nəzrin Cəfərzadə: “Azərbaycanı layiqincə təmsil etdik”

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Gimnastlarımız çox yaxşı mübarizə apardılar”.

İdman.biz xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisinin məşqçisi Nəzrin Cəfərzadə yığmanın III MDB Oyunlarındakı nəticələrini dəyərləndirərkən deyib.

“Düşünürəm ki, gimnastlarımız yaxşı çıxış etdilər. Təbii ki, bundan da yaxşısı ola bilərdi. 9 finaldan 8-də medal götürməyi bacardıq. Azərbaycanı layiqincə təmsil etdik. Qarşıdakı yarışlarda da əlimizdən gələni edəcəyik”, - Cəfərzadə deyib.

Bədii gimnastika üzrə Azərbaycan millisi Oyunları dördü gümüş, dördü bürünc olmaqla ümumilikdə səkkiz medalla başa vurub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
1
icma.az

2Sources