EN

Uzman Dr. Rövşanə Həsənzadə izah edir

Uzman

Körpə uşaqlarda nəcisin rəngləri bir sıra problemlərin göstəricisi ola bilər.Uzman Dr. Rövşanə Həsənzadə – Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Ulusum.az-a bildirir ki, yeni doğulmuş körpələrdə ilk günlərdə müşahidə olunan qara rəngli nəcis "mekonium" normal sayılır və 2-3 gün ərzində sarıya çevrilməlidir. Ana südü ilə qidalanan körpələrdə nəcis xardal rəngində və yumşaq, əlavə qida alan körpələrdə isə daha tünd və formalı olur. Gündə 1-dən 8-ə qədər nəcis ifrazı normal hesab edilir. Həkim qeyd edir ki, nəcisin uzun müddət qara qalması, ağ rəngdə olması və ya qan izlərinin müşahidə olunması hallarında mütləq pediatra müraciət edilməlidir.Bu əlamətlər bağırsaq pozuntuları və ya qaraciyər problemlərinin göstəricisi ola bilər. Körpənin nəcis rəngi, qoxusu və sıxlığı valideynlər üçün mühüm izləmə göstəricilərindəndir. Valideynlər bu tip dəyişikliklərə qarşı diqqətli olmalı və gecikmədən mütəxəssisə müraciət etməlidirlər.R.DaşdəmirovaUlusum.az

Diqqət Çəkənlər

Almaniyada yeni seçilmiş merə silahlı hücum – Vəziyyəti kritikdir

Dietoloq Maks Goulend: “Artıq lif qəbulu sağlamlığa zərər verə bilər”

İrem Derici, Simge Sağın və Engin-Dilan Polat cütlüyü saxlanılıb - Daha Kimlər?

Chosen
137
30
ulusum.az

10Sources