EN

“Şükriyyə” Tbilisidə nümayiş olunacaq

Oktyabrın 14-də Gürcüstanın Şota Rustaveli adına Milli Teatrında “Şükriyyə” tamaşası göstəriləcək.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə teatr məlumat yayıb.

Nümayiş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Gürcüstana qastrol səfəri çərçivəsində baş tutacaq. Səfər iki ölkənin milli teatrları arasında bu ilin fevralında Tbilisidə imzlanmış qarşılıqlı əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunacaq.

Rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov olan ikihissəli dram Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatından bəhs edir.

Qeyd edək ki, “Şükriyyə” tamaşası yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanıb, səhnə əsərinin premyerası 2023-cü ildə olub.

Chosen
29
2
kulis.az

3Sources