EN

Rusiyanın Ermənistandakı üç fiquruna xəbərdarlıq: Uduzacaqsınız!

BAKI, 8 oktyabr. TELEQRAF

“Robert Köçəryan Serj Sərkisyanı siyasi meydandan uzaqlaşdırmağa çalışır”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Edqar Arakelyan deyib.

“Ermənistana on il rəhbərlik etmiş bir adam söyləyir ki, onun bir çox məsələlərlə əlaqəsi yoxdur. Hər mətbuat konfransından sonra xalq bir daha əmin olur ki, bu adam reallıqdan uzaqdır və ya reallığı 180 dərəcə təhrif edir.

Həmçinin Köçəryanın Sərkisyanı meydandan kənarlaşdırmağa çalışdığı göz qabağındadır. Bu, onların arasında olan ziddiyyətlərdən xəbər verir. Seçkilər ərəfəsində bu, daha da kəskinləşəcək”, - ekspert bildirib.

Politoloq qeyd edib ki, Robert Köçəryan gələn il keçiriləcək seçkilərə qatılsa, növbəti dəfə ağır məğlubiyyətlə üzləşəcək: “Köçəryanın seçkiyə özünün qatılması yaxşı olardı, çünki xalq o sifətin “xidmətlərini” bir daha qiymətləndirəcək”.

Ekspert rusiyapərəst qüvvələr seçkilərdə heç bir şanslarının olmadığını vurğulayıb.

Arakelyan əlavə edib ki, erməni cəmiyyəti artıq Sərkisyan və Köçəryanı siyasi gündəmdən kənarda olub.

Politoloq Robert Köçəryanla həbsdə olan, Kremlin ehtimal olunan namizədi Samvel Karapetyan arasında heç bir fərq görmür:

“Onlar haradan haradan tapşırıq aldıqlarını gizlətmirlər, əlbəttə, Rusiyadan. Köçəryan Ermənistanda həmin ölkənin lobbiçilik maraqlarının müdafiəçisinə çevrilib”.

Chosen
69
teleqraf.com

1Sources