EN

ABŞ-la ticarət razılaşmasının imzalanması niyə yubanır? - Karni

Biz ABŞ-ın ikinci ən böyük ticarət tərəfdaşıyıq.

Axar.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı “ABŞ-ın niyə hələ də Kanada ilə ticarət sazişi imzalamaması” ilə bağlı suala cavabında deyib.

O bildirib ki, iki ölkə sərhəd boyu çoxsaylı ticarət əməliyyatları edir:

“İkincisi, biz ABŞ-da ən böyük xarici investoruq. Bu rəqəm təkcə son beş ildə yarım trilyon dollar olub. Əgər istədiyimiz razılaşmanı əldə etsək, yaxın beş ildə yəqin ki, bu məbləğ bir trilyon dollar olacaq. Üçüncüsü, elə sahələr var ki, biz rəqabət içərisindəyik. Əminəm ki, biz Amerika və Kanada üçün düzgün razılaşma əldə edəcəyik”.

Chosen
5
4
axar.az

10Sources