AZ

Mark Karni ABŞ-la ticarət sazişi imzalanmasının gecikməsinin səbəblərini açıqlayıb

Vaşinqton, 7 oktyabr, AZƏRTAC

“Biz ABŞ-ın ikinci ən böyük ticarət tərəfdaşıyıq”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Kanadanın Baş naziri Mark Karni Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı ABŞ niyə hələ də Kanada ilə ticarət sazişi imzalamaması ilə bağlı suala cavabında deyib. O bildirib ki, iki ölkə sərhəd boyu çoxsaylı ticarət əməliyyatları edir.

“İkincisi, biz ABŞ-da ən böyük xarici investoruq. Bu rəqəm təkcə son beş ildə yarım trilyon dollar olub. Əgər istədiyimiz razılaşmanı əldə etsək, yaxın beş ildə yəqin ki, bu məbləğ bir trilyon dollar olacaq. Üçüncüsü, elə sahələr var ki, biz rəqabət içərisindəyik. Əminəm ki, biz Amerika və Kanada üçün düzgün razılaşma əldə edəcəyik”, - deyə Karni əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Seçilən
4
4
azertag.az

10Mənbələr