"Gürcüstanın siyasi sistemini sağlamlaşdırmaq üçün ilk növbədə xarici agentləri ölkədən çıxarmalıyıq".
Teleqraf xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazirə görə, 2028-ci ildə keçiriləcək seçkilərə qədər Gürcüstan siyasətində bir nəfər də olsun xarici agent qalmamalıdır: "Biz buna nail olmaq üçün bütün hüquqi imkanlardan istifadə edəcəyik".