EN

İspaniya Superkubokunun təqvimi BİLİNDİ

İspaniya Superkubokunun təqvimi açıqlanıb.

Bizim.Media xəbər verir ki, yarış 2026-cı ilin yanvarında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

İspaniya Kral Futbol Federasiyasının rəsmi saytı yarımfinal matçlarının yanvarın 7 və 8-də oynanılacağını açıqlayıb.
 

Bu mərhələdə "Barselona" "Atletik"lə, "Real" "Atletiko" ilə üz-üzə gələcək. Final isə yanvarın 11-də olacaq. Superkubokun bütün oyunları “Əlinma” stadionunda oynanılacaq.


Qeyd edək ki, ötən il sözügedən yarış Ciddədə "King Abdullah Sports"da keçirilib. Finalda “Barselona” “Real"ı 5:2 hesabı ilə məğlub edib.

Bizim.Media

Chosen
14
1
bizim.media

5Sources