Gürcüstanın siyasi sistemini canlandırmaq lazımdır. Bunun üçün əsas vəzifə xarici agentləri və rezidentləri Gürcüstan siyasətindən uzaqlaşdırmaqdır.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
"Biz artıq oktyabrın 5-də 2028-ci il parlament seçkilərinə hazırlığa başlamışıq. Biz bütün cəbhələrdə hazırlaşırıq. Ümid edirik ölkəmiz 2028-ci il seçkilərini yenilənmiş siyasi spektrlə qarşılayacaq. Bu vacibdir. Gürcüstan siyasətində artıq heç bir xarici agent olmamalıdır. Gürcüstan siyasətində heç bir xarici agent qalmamalıdır. Biz buna nail olmaq üçün bütün hüquqi vasitələrdən, o cümlədən Konstitusiyadan istifadə edəcəyik. Bu, bizim ən vacib alətlərimizdən biridir", – Kobaxidze qeyd edib.