EN

Suriyada kürd silahlıları ilə atəşkəs razılaşması əldə olunub

Suriyanın müdafiə naziri Murhaf Abu Kasra kürd qüvvələri ilə hərtərəfli atəşkəsə nail olunduğunu bəyan edib.

Bu barədə "Report" qərb KİV-lərinə istinadən xəbər verir.

"Biz Suriyanın şimalında və şimal-şərqində bütün cəbhələrdə, hərbi məntəqələrdə hərtərəfli atəşkəs barədə razılığa gəldik", - nazir bildirib.

Onun sözlərinə görə, atəşkəs dərhal qüvvəyə minəcək.

"Cebheinfo.az"

Chosen
76
cebheinfo.az

1Sources