EN

Çirkab suları kanala axıdan "Fərah" cərimə edildi

Çirkab suları kanala axıdan "Fərah" cərimə edildi

Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana-Südçülük sovxozu ərazisində yerləşən “Fərah” xalçayuma şirkətində ciddi pozuntular aşkarlanıb.

Şirkətdə Azərbaycan Respublikası qanunlarının və digər ekoloji qanunvericilik aktlarının tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə nəzarət tədbirləri həyata keçirilib.

Keçirilən yoxlama zamanı məlum olub ki, “Fərah” xalçayuma şirkətində formalaşan çirkab və tullantı suları təyinatsız kanala axıdılır. Bu səbəbdən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi (içməli, məişət, texniki və tullantı sularının təyinatsız axıdılması) ilə ittiham irəli sürülüb və iş məhkəməyə göndərilib.

Qanunvericiliyə əsasən, bu inzibati xətaya görə fiziki şəxslər 100–150 manat, vəzifəli şəxslər 800–1000 manat, hüquqi şəxslər isə 2000–3000 manat məbləğində cərimə edilir.

Məhkəmədə şirkətin nümayəndəsi bildirib ki, həmin kanala Ramana qəsəbəsindəki 2000–3000-dən çox evin və müxtəlif obyektlərin tullantı suları axıdılır. O, çirkab sularının kanala axıdılmasının qanunsuz olduğunu bilmədiklərini və bu barədə onlara xəbərdarlıq edilmədiyini qeyd edib.

Məhkəmənin qərarına əsasən, “Fərah” xalçayuma şirkəti 800 manat məbləğində cərimə olunub.

Chosen
45
50
afn.az

10Sources