EN

Cabarov: Bakını anti Rusiya mövqeyində təqsirləndirməyək

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu sözləri Rusiya Federasiya Şurasının (parlamentin yuxarı palatası) beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Moskva-Minsk-Astana-İrəvan-Daşkənd-Tbilisi videokonfransında dilə gətirib. Vurğulayıb ki, Moskva hər cür "qeyri-dost" addıma reaksiya verərsə, bu, heç də yaxşı nəticə doğurmaz. "Təmkinlə gözləyirik. Əlaqələr mütləq gec-tez yenidən canlanacaq. Azərbaycanı "Asiyanın dərinliklərində" görməzlikdən gələ bilmərik. Qonşuluq münasibətlərini qorumağa məcburuq, çünki ölkələrimizin, həqiqətən də, ortaq cəhətləri çoxdur", - o deyib. Vladimir Cabarov həmçinin söyləyib ki, Cənubi Qafqazda sabitliyin qurulmasında "Rusiyanın rolu əsasdır". Onun iddiasına görə, "Moskvanın iştirakı olmadan" Azərbaycan və Ermənistan arasında problemlərin öz həllini tapması çətindir. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
1
azvision.az

2Sources