EN

Şəkidə “KIA” yük maşınına çırpıldı, qadın sərnişin yaralandı VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Şəki rayonu, Aşağı Göynük kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 5-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Ford Transit” yük maşını, “KIA” markalı avtomobillə toqquşub. İddialara əsasən qəzaya səbəb manevr qaydasının pozulması olub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, “KIA”da olan sərnişin - Güllər Tahirzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
87
avtosfer.az

1Sources