Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığını vacib adlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinqdə bildirib.
“Həqiqətən prezident İlham Əliyev prezident Putini ad günü münasibətilə telefonla təbrik edib. Söhbət zamanı digər məsələlər də müzakirə olunub”, - Peskov qeyd edib.
Musavat.com