III MDB Oyunları çərçivəsində Şəki şəhər stadionunda çövkən üzrə final matçı baş tutub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi Özbəkistana qalib gələrək (3:0) qızıl medal qazanıb.
Xatırladaq ki, dünən üçüncü yer uğrunda görüşdə Qırğızıstan yığması Qazaxıstana qalib gəlib (2:0) və turnirin bürünc medalına sahib çıxıb.
Bununla da çövkən yarışlarına yekun vurulmuşdu.