III MDB Oyunları çərçivəsində Şəki şəhər stadionunda çövkən üzrə yarımfinal matçı baş tutub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan millisi Qazaxıstana qalib gələrək (5:1) finala vəsiqə qazanıb.
Komandamızın finaldakı rəqibi bu gün keçiriləcək Qırğızıstan - Özbəkistan oyunundan sonra bəlli olacaq.
Qeyd edək ki, çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq.