EN

"Səbail" "Sabah"la qarşılaşacaq

Birinci Liqa təmsilçisi "Səbail" milli komandaların seçmə oyunları ilə əlaqədar daxili yarışlarda yaranan fasilə dövründə yoxlama oyunu keçirəcək.

Klubun mətbuat sözçüsü Rəşad Məmmədovun Fanat.Az-a verdiyi məlumata görə, "dənizçilər" "Sabah" klubunun U-19 komandası ilə gücünü sınayacaq.

Oyun 9 oktyabrda "ASCO Arena"da keçiriləcək və saaat 12:00-da başlayacaq. 

Qeyd edək ki, Elvin Məmmədovun baş məşqçisi olduğu "Səbail" 4 turdan sonra 10 xalla 2-ci yerdə qərarlaşıb və lider "Şəfa"dan 2 xal geri qalır. İlk üç turda maksimum nəticə əldə edən komanda yalnız son turda "Şimal"ın müqavimətini qıra bilməyib (0:0). "Səbail"in 5-ci turdakı rəqibi "Zaqatala" olacaq. 15 oktyabrda "ASCO Arena" baş tutacaq görüş 16:00-da başlayacaq.

Mirağa

Chosen
95
2
fanat.az

3Sources