Azərbaycanın çövkən yığması III MDB Oyunlarının qalibi adını qazanıb.
Rekord.az xəbər verir ki, millimiz finalda Özbəkistanla üz-üzə gəlib.
Görüş Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Şahmar Nağızadə, Vahid Məmmədov, və Tərlan Qurbanəliyev rəqib qapısından keçiriblər.
Qeyd edək ki, üçüncü yeri Qırğızıstan yığması tutub.