EN

Ucar sakinini hovuzda cərəyan vurub öldürdü

Ucar rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Qaracallı kəndində qeydə alınıb.

İntiqam Vaqif oğlu Zahidov evinin həyətindəki su hovuzunda elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

 


Chosen
12
18
7news.az

10Sources