EN

II MDB Oyunları: Bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək

III MDB Oyunları çərçivəsində bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, Şəkidə çövkən üzrə qızıl medal uğrunda matçda Azərbaycan və Özbəkistan milliləri üz-üzə gələcək.

Şəkidə eyni zamanda bədii gimnastika yarışları davam edəcək.

Gəncə İdman Sarayında qılıncoynatmada növbəti qaliblər müəyyənləşəcək.

Gəncə Olimpiya İdman Kompleksində isə yunan-Roma güləşi üzrə turnirin mükafatçılarının adlarına aydınlıq gələcək.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Chosen
7
12
far.az

10Sources