EN

ABŞ-də tibbi helikopter magistrala çırpıldı

BAKI, 7 oktyabr. TELEQRAF

Kaliforniyanın Sakramento şəhərində təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə "CBS" telekanalı məlumat yayıb.

Məlumata görə, üç nəfər ağır xəsarət alıb.
Hadisə yerində avtomobil hərəkəti dayandırılıb, qəzanın səbəbləri araşdırılır.

Şəhərin yanğınsöndürmə xidməti bildirib ki, qəzaya uğrayan hava nəqliyyatı tibbi hava xidməti göstərən "REACH" şirkətinə məxsusdur.

Chosen
71
teleqraf.com

1Sources