EN

Merkelin sözləri Almaniya və Polşa münasibətlərini gərginləşdirib

BAKI, 7 oktyabr. TELEQRAF

Keçmiş Almaniya kansleri Angela Merkelin Polşa və Baltik ölkələrinin Ukraynadakı müharibənin başlanmasına dolayı təsir göstərdiyi barədə sözləri Berlin və Varşava arasında diplomatik qalmaqala yol açıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Merkelin müdaxiləsi Polşada ciddi narazılıq doğurub. Polşanın keçmiş baş nazirlərindən biri bildirib ki, Merkelin Rusiyaya qarşı həddən artıq yumşaq siyasəti Avropanın təhlükəsizliyinə böyük zərər vurub.

Qəzet qeyd edir ki, Almaniya və Polşa arasında münasibətlər artıq bir müddətdir sərhəd təhlükəsizliyi məsələsinə görə gərgindir. Bu gərginlik, Almaniya hökumətinin miqrasiya böhranı ilə bağlı atdığı addımlar fonunda daha da artıb.

Chosen
28
teleqraf.com

1Sources