EN

Avtomobil nəhəngi minlərlə işçisini ixtisar edir

Fransanın “Reno” avtomobil şirkəti bütün dünyadakı işçilərinin sayını 14600 nəfər azaltmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu məlumatı şirkətin mətbuat xidməti yayıb. İşçilərin sayının 3 il ərzində azaldılacağı vurğulanıb. Bu qərarın xərclərin 2 milyard avro dəyərində azaldılması proqramı çərçivəsində qəbul edildiyi bildirilib.

İşçilərin 4600 nəfəri Fransadakı zavodlardan, 10000 nəfəri isə başqa ölkələrdəki zavodlardan ixtisar ediləcək.

Chosen
73
hit.az

1Sources