EN

Gürcüstanda hökuməti devirməyə çalışan 13 nəfər saxlanıldı

Gürcüstanda oktyabrın 4-də hökuməti devirməyə cəhddə şübhəli bilinən 13 nəfər saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinq zamanı bildirib.

"Oktyabrın 4-də baş vermiş iğtişaşda iştirak edən 15 nəfər müəyyən edilib, onlardan 13-ü saxlanılıb", - deyə nazir müavini bildirib.

Daraxvelidze əlavə edib ki, hazırda hökuməti devirməyə cəhd, qruplaşma zorakılığında iştirak və konstitusiya quruluşunu dəyişdirmək ittihamları ilə istintaq aparılır. 

Chosen
114
24
unikal.az

10Sources