Baş məşqçi Bəhmən Həsənovla vidalaşan "Şəki Siti"nin rəhbərliyi yeni çalışdırıcı ilə bağlı qərarını verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən klubun idarəçiləri "Quba"dan ayrılan Elvin Həsənovla anlaşıblar.
Sözügedən mütəxəssis komandanı növbəti oyuna hazırlayacaq. O, artıq futbolçularla tanış olub.
Qeyd edək ki, 4 oyuna 6 xal toplayan "Şəki Siti" hazırda turnir cədvəlinin 6-cı pilləsində mövqe tutub. Sözügedən komanda lider "Xankəndi"dən 6 xal geri qalır.
Nihat