EN

III MDB Oyunlarının çövkən yarışlarında bürünc medalın sahibi müəyyənləşib

Bakı. TurkicWorld

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının çövkən yarışlarında bürünc medal uğrunda qarşılaşma keçirilib. Şəki şəhər stadionunda reallaşan matçda Qırğızıstan və Qazaxıstan komandaları qarşılaşıb.

TurkicWorld xəbər verir ki, oyunun start fitindən əvvəl Qırğızıstan və Qazaxıstanın Dövlət himnləri səsləndirilib.

Maraqlı keçən matçda Qırğızıstan komandası 2-0 hesabı ilə qalib gələrək Oyunların bürünc medalına sahib çıxıb. Qazaxıstan komandası isə çövkən yarışlarını dördüncü pillədə başa vurub.

III MDB Oyunlarında çövkən üzrə yarışın finalında isə Azərbaycan və Özbəkistan komandaları üz-üzə gələcək. Həlledici qarşılaşma oktyabrın 7-də keçiriləcək.

Chosen
16
4
turkic.world

5Sources