EN

"HƏMAS Trampın şərtlərini qəbul edəcək" -AÇIQLAMA

Amerika Prezidenti Doland Tramp bildirib ki, Fələstinin HƏMAS təşkilatı ABŞ-nin şərtləri ilə razılaşarsa, atəşkəs mümkündür.

Bəs HƏMAS ABŞ-nin şərtlərini qəbuk edəcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, HƏMAS artıq Trampın planı ilə bağlı ilkin razılığı verib:

"Burada əsas məsələ məsələn Fələstinin idarəetməsində iştirak məsələsidir. HƏMAS-ın silahları təhvil vermə qarşılığında istəyi Fələstinin idarəetməsində leqal siyasi partiya olaraq iştirakıdır. Bu, Amerika Birləşmiş Ştatları və İsrailin ürəyincə deyil. Çünki HƏMAS-ın tələb etdiyi məsələ artıq Qəzzada proses yekunlaşdıqdan sonra Fələstində yeni seçkilərin keçirilməsi ilə bağlıdır. ABŞ də, İsrail də yaxşı bilir ki, Fələstində keçiriləcək yeni seçkilərdə HƏMAS qalib gələcək".

Siyasi şərhçinin fikrincə, İsrail və ABŞ HƏMAS-ı bütün proseslərdən kənarda saxlamaq istəyir:

"Ancaq Misirdə bu gündən danışıqlar başlayır. İsrail və HƏMAS rəsmiləri arasında danışıqların gedişi onu göstərir ki, HƏMAS-a müəyyən güzəştlər ediləcək. Çox böyük ehtimalla HƏMAS-ın bəzi təklifləri qəbul ediləcək və onun başqa ad altında yeni siyasi partiya yaradaraq Fələstində fəaliyyət göstərməsinə icazə verilə bilər. Elə düşünürəm ki, HƏMAS Trampın razılaşmasını qəbul edəcək. Çünki HƏMAS çox zəifləyib və başqa çarəsi yoxdur".

Aytəkin TOFİQQIZI

Chosen
29
redaktor.az

1Sources