Hurriyyet.az xÉ™bÉ™r verir ki, ABÅž Prezidenti Donald Tramp Milli Qvardiyasının yüzlÉ™rlÉ™ hÉ™rbçisinin Texas vÉ™ Kaliforniyadan Oreqon vÉ™ İllinoys ÅŸtatlarına  göndÉ™rilmÉ™sini É™mr edib.Â
Demokratlar partiyasından olan qubernatorlar - Cey Pritsker ilə Qevin Nyusom qüvvələrin yerləşdirilməsinə razılıq vermədiklərini bəyan ediblər və Prezidentin bu addımını "siyasi müdaxilə" adlandırıblar. Ağ Ev bu qərarın səbəbinin "yerli hakimiyyətin qarşısını almadığı qanunsuzluqlar və ciddi qayda pozuntuları" ilə izah edib. Çikaqo ilə Portlenddə federal mövcudluğun genişlənməsinə və ICE-nin immiqrasiya əleyhinə reydlərinə qarşı etirazlar davam edir.
Prezident Tramp bundan əvvəl Los-Anceles, Vaşinqton və Memfisə Milli Qvardiya qüvvələrini yerləşdirməklə yerli sakinlərlə demokratların tənqidinə tuş gəlib. Oreqon ştatının federal hakimi bunu qanun pozuntusu hesab edərək, Portlendə qoşun yeridilməsini müvəqqəti olaraq qadağan edib.
Hürr Tərcüman