EN

Kaliforniya və Oreqon Trampı məhkəməyə verib

Ajans.az Axios-a istinadən xəbər verir ki,səbəb isə Kaliforniyadan Portlend şəhərinə 200 nəfərlik Milli Qvardiya qüvvələrinin göndərilməsi qərarıdır. Kaliforniya qubernatoru Qavin Nyusom administrasiyanın bu addımına qarşı hüquqi mübarizə aparacağını açıqlayıb. O bildirib ki, Tramp administrasiyası Kaliforniya Milli Qvardiyasından yüzlərlə əsgəri, Demokratların idarə etdiyi Portlendə – prezidentin siyasi opponentlərinə qarşı yönəlmiş addım kimi – göndərmək istəyib. Müraciət federal məhkəmənin Oreqon ştatının Portlend şəhərinə Milli Qvardiya qüvvələrinin yerləşdirilməsini müvəqqəti dayandıran əmrindən bir gün sonra təqdim olunub. Sənəddə qeyd edilir ki, təxminən 200 federal səlahiyyətli Kaliforniya Milli Qvardiyası əsgəri Los-Anceles bölgəsindən Portlendə göndərilir və onlar ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) və digər federal orqanlara dəstək verməli olacaqlar. Prezident Tramp bazar günü bu addımı müdafiə edərək bildirib ki, “Portlend yanır”, lakin yerli rəsmilər bu iddianı təkzib ediblər. Kaliforniyanın təqdim etdiyi məhkəmə şikayətində Tramp, sabiq Müharibə Katibi Pit Hegseth, Daxili Təhlükəsizlik üzrə keçmiş Katib Kristi Noem və Daxili İşlər Departamenti də cavabdeh qismində yer alıb. Ştat administrasiyası Kaliforniya Milli Qvardiyasının Portlendə göndərilməsini dayandırmaq üçün müvəqqəti məhdudlaşdırıcı qərar tələb edir.

 

Chosen
29
Ajans.az

1Sources