Azərbaycanda keçirilən III MDB Oyunlarının çövkən yarışında bürünc medal qazanan komanda müəyyənləşib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Qırğızıstan kollektivi bürünc mükafata sahib çıxıb.
Yığma üçüncü yer uğrunda görüşdə Qazaxıstana qalib gəlib - 2:0.
Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq. Finalda Azərbaycan və Özbəkistan komandaları qarşılaşacaqlar.