EN

Azərbaycan gimnastı dünya kuboku seriyalarının qalibi oldu

style='margin-bottom:10px;'>

3-5 oktyabr tarixlərində Fransanın Antibes şəhərində gimnastika üzrə mövsümün son dünya kuboku keçirilib.

QOL.az xəbər verir ki, yarışda Azərbaycan təmsilçiləri uğuru çıxış ediblər.

Gimnastlarımızdan Tofiq Əliyev 29.200 xalla qızıl medalın, Adil Hacızadə 26.800 xalla bürünc medalın sahibi olublar.

Həmçinin Tofiq Əliyev mövsüm ərzində qazandığı nəticələr və sonuncu dünya kubokunu birinciliklə başa vurduğu üçün dünya kuboku seriyalarının qalibi olub.

Chosen
32
4
teleqraf.com

10Sources