AZ

Tamblinq üzrə milli komandanın üzvü Tofiq Əliyev Dünya kuboku seriyasının qalibidir

Bakı.TurkicWorld

3-5 oktyabr tarixlərində Fransanın Antibes şəhərində keçirilən mövsümün son Dünya kubokunda gimnastlarımız Tofiq Əliyev 29.200 xalla qızıl medalın, Adil Hacızadə 26.800 xalla bürünc medalın sahibi olublar.

Bu barədə TurkicWorld-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Bildirilib ki, həmçinin Tofiq Əliyev mövsüm ərzində qazandığı nəticələr və sonuncu Dünya kubokunu birinciliklə başa vurduğu üçün Dünya kuboku seriyalarının qalibi olub.

Seçilən
40
4
turkic.world

10Mənbələr