EN

Şənbə və bazar günlərində 60 cinayətin açılması təmin olunub

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,   oktyabrın 4-də və 5-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə,  dələduzluğa görə isə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib

Nurəngiz Adilqızı
XQ

Chosen
11
31
xalqqazeti.az

10Sources