EN

Mixeil Saakaşvili Qərbə etiraz etdi

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

“Gürcüstanda keçirilən seçkilər boykot edilməli idi”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili deyib.

“Qərb mətbuatı fəal şəkildə məlumat yayır ki, Gürcüstanda yerli seçkilərdə “Gürcü Arzusu” qalib gəlib, amma insanlar küçələrdə seçkinin nəticələrinə etiraz edirlər. Ona görə də bu seçkilərdə iştirak etmək səhv idi, seçkiləri boykot edib ümumxalq mitinqi keçirmək düzgün idi”, - Mixeil Saakaşvili qeyd edib.

Xatırladaq ki, oktyabrında 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Seçkilərdə hakim “Gürcü Arzusu” Partiyası qalib gəlib. Ölkə müxalifəti həmin gün paytaxt Tbilisidə etiraz aksiyalarına başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
2
sherg.az

3Sources