Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə pilotsuz təyyarələrlə 15 dəfə hücum edib.
Redaktor.az xəbər verir ki, bu haqda Xarkov şəhərinin meri İqor Terexov öz “Telegram” kanalında məlumat verib.
Terexov hücumlar zamanı 3 nəfərin yaralandığını deyib. Onun yazdığına görə hazırda hücumlar nəticəsində dəymiş zərər müəyyənləşdirilir. Artıq fərdi evlərə dəymiş ziyan barədə məlumatlar daxil olur.